F.Kuartararo: Əla mövsüm idi

Yamaha komandasının sürücüsü Fabio Quartararo mövsümdən razıdır.

F-1.az xatırladır ki, fransalı sürücü bir ara 91 xal öndə olsa da, mövsümün ikinci yarısında komandasının zəifləməsi ilə pis nəticələr qazanıb. Buna görə də Françesko Banyayanın 23 xal gerisinə düşüb. Bugünkü son yarışda isə Fabio çempion olmaq üçün yarışı qazanmalı və Banyayanın 15-ci olmasına ümid etməlidir.

Fabio Kuartararo: “Keçirdiyim mövsümdən razıyam. Həm mənim, həm də komandamın səhvləri oldu. Lakin mövsümə necə başladığımızı düşünəndə, özümü xoşbəxt hiss edirəm. Yarışdakı nəticədən asılı olmayaraq, kefimi pozmayacam.

Hazırda tirul barədə düşünmürəm. Sadəcə qələbəyə fokuslanmışam. Yarışı qazansaq, nəsə baş verə bilər. Buna görə də qələbə əsas hədəfdir. Hazırda qələbə üçün tempimiz var. Təkərlər və motosiklet əla işləyir.

Özümə inanıram. Almaniyadan bəri qələbə uğrunda mübarizə aparmadıq. Buna görə də öndə olmaq çox vacibdir. Yarışı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*