F.Kuartararo artıq razıdır

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, testlərin son günündə böyük addımlar atıblar.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin ilk günlərində motosikletdən narazı olsa da, sonuncu gün yeni sazlanmalardan sonra nəticələrini davamlı yaxşılaşdırıb və günün üçüncü yerdə bağlayıb.

Fabio Kuartararo: “Bu gün böyük addım atdıq. Bəzi sazlanmaların üzərində işlədik və işə yaradı. Problemi tapdıq. Artıq motosikletlə bütövləşmişəm. Özümü bir az pis hiss edirəm, amma bu trasda 1.38.3-dən yaxşı nəticə göstərə bilməmişdim. Buna görə də hər şey yaxşıdır.

Daha yaxşı yerdəyik. Məncə inkişafımızı görmək yaxşıdır. Ancaq hələ də istədiyim yerdə deyiləm. Mövsümün ilk hissəsində çətin olacaq, ancaq mövsümün ikinci hissəsində daha yaxşı ola bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*