F.Kuartararo 2021-ci il sazlanmalarına qayıdıb

Yamaha komandasının sürücüsü Fabio Kuartararo sonuncu Fransa yarışında 2021-ci il sazlanmalarından istifadə edib.

F-1.az xatırladır ki, 2021-ci ilin Dünya Çempionu 5 yarışdan sonra 1 dəfə podiuma yüksələ bilib. O, Fransada da istədiyi nəticəni ala bilməyib. Belə ki, fransalı sürücü vətənindəki sprint yarışında qəza edib. Əsas yarışda isə 15 saniyə geridə qalaraq, 7-ci olub.

Fabio Kuartararo: “İlin əvvəlindən minlərlə sazlanma sınamışıq. Sonda 2021-ci ildəki sazlanmaları qayıtdıq. Ancaq reallıq budur ki, işimiz çətindir. Problemlərə uyğunlaşmalı və güclənməliyəm.

Motosiklet üzərində çox şeyi sınadıq və ən yaxşı seçimimiz iki il əvvəlki altlığa qayıtmaq oldu. Belə davam etməyə qərar verdik. Özümü daha yaxşı hiss edirəm. Hələ yaxşı deyiləm, amma sınadığımız hər şeydən sonra bir az yaxşıyam”.

Qeyd edək ki, Fabio Kuartararo Fransa yarışında qolundan müalicə olub və yarış ərzində qol ağrısından əziyyət çəkib. Buna baxmayaraq, o 7-ci olaraq, Yamaha-lar arasında ən yaxşı nəticəni əldə edib. Fabio hazırda lider Banyayadan 45 xal geridədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*