F.Dümontye: “Stroll-un debütü Kanada QP-yə müsbət təsir edəcək”

Kanada QP-nin təşkilatçısı Fransua Dümontye bildirib ki, Ləns Strollun gələn ildən etibarən Formula1-də debüt etməsi Kanadadakı yarışın gələcəyinə müsbət təsir edəcək.

F-1.az xatırladır ki, Kanada QP trasdakı modernizə işlərinin vaxtında bitməməsinə görə təqvimdən çıxarıla bilər.

Fransua Dümontye: “Danışıqlar son bir neçə həftədir davam edir və Strolla bağlı açıqlamanın bu gün verilməsi təsadüf oldu. Bu mövzuya görə müsbət düşünürük və bir neçə gün ərzində danışıqların yekunlaşmasını gözləyirik. Bəlkə də Strollun idmana gəlməsi həlledici faktor olacaq”.

Dümontye inanır ki, Strollun çıxışı Kanadadakı yarışa fanları cəlb edəcək: “Bu əla xəbərdir. Bu gün səhər oteldən buraya gələrkən, bizim üçün tarixi anın olduğunu düşündüm.

Tarixə baxsaq, 1978-ci ildə Jil, 1996-cı ildə Jak var idi. İndi də Strollumuz var. Azarkeşlərin ondan gözləntiləri var. Mən də həyəcanlıyam. Fanların onu dəstəkləyəcəyinə əminəm. Onun sadəcə 18 yaşı var və yarışlara gənc kütləni cəlb edə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*