F-1.az xatırladır ki, braziliyalı sürücü gələn ildən Aston Martin komandasının ehtiyat sürücüsü olacaq. Amma gənc pilot başqa seriaylarda yarışaraq formasını qorumaq istəyir.
Felipe Druqoviç: “Aston Martin-lə ehtiyatsürücü kimi müqaviləm var. 2023-cü ildə yarışlara qayıdacağam və çox şey öyrənməyə çalışacam. Bir neçə cümə sərbəst yürüşlərində iştirak edəcəm.
Komanda başqa yerdə yarışmağıma icazə verir. Hələ qərar verməmişəm. Formamı qorumaq üçün yarışmaq istəyirəm. Lakin mənim üçün əsas Formula1-dir.
Formula1-lə üst-üstə düşməyən seriya tapmalıyam. Hypercar ya da SuperFormula ola bilər. Fürsət olsa, Le Manda da yarışaram”.