F.Druqoviç: AMR23-dən həzz aldım

Aston Martin komandasının test sürücüsü Felipe Druqoviç AMR23-lə keçirdiyi gündən həzz alıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü Ləns Strollun yoxluğunda Bəhreyndəki qış testlərinin ilk günündə sükan arxasına keçib. O, günə problemlə başlasa da, daha sonra 40 dövrə vura bilib.

Felipe Druqoviç: “AMR23-ü ilk dəfə sürmək əla idi. Doğrudan da həzz aldım. Gün başlayanda bolidə öyrəşmək üçün bir neçə dövrə vurmalı idim, amma özümə tez gəldim və yaxşı temp tutdum.

Kiçik eleltronik problemə baxmayaraq, planımızı yerinə yetirdik və komanda üçün vacib məlumatlar topladıq. Çoxlu aerodinamik test etdim və bunlat yeni bolid üçün çox vacibdir. Sessiyanın sonlarına doğru bir neçə sürətli dövrə vurdum və çox əyləndim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*