F.Byanki: “Jül üçün hər gün ağlayıram…”

İyul ayının 17-də Jül Byankinin ölümündən bir il keçəcək. Fransalı sürücünün atası Filip Byanki bildirib ki, oğlu üçün hər gün ağlayır...

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ilin Yaponiya QP-də yüksək sürətlə təxliyyə maşınına çırpılmışdı və 9 ay komada qaldıqdan sonra keçən il dünyasını dəyişmişdi.

Filip Byanki: “Hər gün, hər dəfə şəklini görəndə ağlayıram. Bir ailənin uşağını itirməsi normal hal deyil. Bunu yaşayan ailə üçün çox çətindir. Mənim üçün də… Anası özünü yaxşı hiss etmir. Hamı üçün vəziyyət çətindir”.

FİA qəza barədə verdiyi bəyanatda bildirmişdi ki, Jül Byanki yavaş sürsəydi, qəzadan qaça bilərdi. May ayında isə Byankinin ailə vəkili bildirmişdi ki, FİA diqqətli olsaydı, qəza olmaya bilərdi: “Həyatımda sahib olduğum ən vacib şeyi – oğlumu itirdim. Artıq itirələcək heç bir şeyim qalmayıb. Qəzaya görə Byankini günahkar sayırlar və bu mənə də, anasına da pis təsir edir. Qəza Jülün günahı deyildi. Buna bütün ürəyim ilə inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*