F-1.az xatırladır ki, Red Bull bu mövsüm ilk iki yarışda asanlıqla qələbə dublu əldə edib. Buna görə də əksəriyyət düşünür ki, “qırmızı öküzlər” bu il 23 yarışın 23-də də qalib gələcək.
Flavio Briatore: “Bu il titul uğrunda mübarizə hələ bitməyib. Aston Martin-in yeni maşını var və görək AMR23-ü necə təkmilləşdirəcəklər? Digər rəqiblər problemlərlə mübarizə aparırlar, amma Fernandonun əlində daha yaxşı və rahat sürülən maşın var”.