F-1.az xatırladır ki, Mixael Şumaxer Formula1 tarixinin ən uğurlu sürücüsü olsa da, onun titulları mütəxəssislər tərəfindən sorğulanır. Bəziləri düşünür ki, almaniyalı əfsanənin ciddi rəqibləri olmayıb. Lakin 1991-1995-ci illərdə əfsanavi sürücü ilə işləyən Flavio Briatore belə düşünmür: “Daha sürətli olan və rəqiblərini qabaqlayan sürücü nömrə bir olur. Bir şirkət düşünün. Oranın 6-7 satıcısı var və ən çox satış edən adam birinci olur.
O dövrlər iki güclü sürücüyə qarşı mübarizə aparırdım – Prost və Senna. Hər ikisi də McLaren-də idi. Bunu deyim ki, Mixaelin maşını heç vaxt komanda yoldaşlarınınkından yaxşı olmadı. 1991-ci ildə bizim komandaya gələndə daha sürətli idi. İki-üç yarışa çıxsa da, Nelson Pikedən sürətli idi”.