F-1.az xatırladır ki, Ron Dennis 1980-ci ildən 2016-cı ilə qədər McLaren komandasının rəhbəri olmuşdu. Britaniya təmsilçisi Dennisin dövründə çoxlu uğurlar qazanmış və idmanın ən titullu üçüncü komandası olmuşdu. Bu müddət ərzində McLaren 12 dəfə Sürücülər, 8 dəfə isə Mühəndislər Çempionatında birincilik yaşayıb. Dennis daha çox sərt və intizamlı bir rəhbər kimi tanınmışdı.
Flavio Briatore: “Ron çox kibirli adam idi. Elə bilirdi ki, hamıdan üstündür. İndi necə olduğunu bilmirəm. O heç kimdən üstün deyildi. Sadəcə doğru zamanda doğru yerə gedən doğru adam idi. McLaren-lə uğurlar qazandı, amma o vaxtlar hamıdan çox pul qazanırdılar. Sadəcə Ferrari gəlir cəhətdən onlara yaxınlaşa bilirdi.
O sürücüləri idarə edə bilmirdi. Mənim sürücülərə yanaşma üsulum fərqli idi və hamı bunu hiss edirdi. Rəhbər olanda heç kim məndən qorxmurdu. Hətta, Ros Braun da mənim fərqli olduğumu və mənimlə işləmək istədiyini demişdi”.