F-1.az xatırladır ki, 35 yaşlı sürücü bu il Monako Qran Prisindən imtina edərək, İndy500 yarışında gücünü sınamaq qərarına gəlib.
Flavio Briatore: “Mən də Fernando ilə bir yerdə İndianapolisə gedəcəm. Alonso Monakonu yaxşı tanıyır və bilir ki, orada az da olsa, qələbə qazanmaq ehtimalı yoxdur. Bu yarış onun üçün turist səyahəti kimi olacaq.
Əvvəlki illərdə Le Manda yarışmaq istəsə də, Ron Dennis ona icazə verməmişdi. İndi isə əlinə fürsət düşdüyü üçün İndy500-də gücünü sınamaq istəyir. Burada qalib gəlmək onun üçün möhtəşəm uğur olacaq.
Bu mövsüm Ferrari və Mercedes arasında gərgin mübarizə izləyirik. Pullarını Ferrari-nin qələbəsinə qoyanlar uduzacaqlar, amma nəticə nə olursa-olsun, bizi gözəl mövsüm gözləyir. Mercedes komandasının az da olsa, üstünlüyü var. Ferrari onların üzərində təzyiq qura bildi və səhv etməyə məcbur etdi. Əgər italyanlar yaxşı inkişaf etsələr, Fettelin çempionluq şansı ola bilər”.