F-1.az xatırladır ki, Maks Mosli 1993-cü ildən 2009-cu ilə qədər FİA-nın prezidenti olmuş və əksər hallarda Formula1-lə bağlı qərarlar vermişdi.
Flavio Briatore: “Maks Mosli Formula1-ə çox müdaxilə edirdi. Ondan sonra gələn Jan Todt kimi deyildi. Hər şeyə qarışırdı. Özünü yarış direktour kimi aparırdı. Maks çox ağıllı idi. Federasiya üçün yaxşı prezident idi. Bütün komandalarla əlaqə saxlayırdı. 80 faiz nisbətdə yaxşı olsa da, 20 faizlik nisbətdə çox pis idi. Onunla danışmaq çətin idi, çünki o, həmişə haqlı idi”.