F.Briatore koronavirusa yoluxub

Sabiq komanda rəhbəri Flavio Briatore koronavirusa yoluxubmuş.

F-1.az xatırladır ki, Çin höküməti dekabrın 31-də müəmmalı virusla qarşıalşdıqlarını açıqlamışdı. Daha sonra bu virus bütün dünyaya yayılmış və ən çox İtaliyaya təsir etmişdi.

Flavio Briatore: “Dekabr ayında xəstə idim. Qızdırmam var idi, ciyərlərim ağrıyırdı və nəfəs ala bilmirdim. Təxminən 12-15 gün davam elədi. Hıkimim də nə baş verdiyini anlamırdı. Ağciyərlərimi bir neçə dəfə müayinə etdilər. Ancaq İtaliyada virus yayıldıqdan sonra həkimim dedi ki, koronavirus olmuşam. Əsas odur ki, sağaldım.

İtaliyada heç kim virusu ciddi qəbul eləmədi. Ümumdünya Səhiyyə Təşkilatı yanvar ayında tapşırmışdı ki, hazır olun. Ancaq qulaq asmadılar və bu, siyasi səhv idi. Əgər mən nazir olsaydım, Çində xəstəlik olduğunu eşidəndə oraya adam göndərərdim və vəziyyəti nəzarətdə saxlayardım. Milan və Uxan arasında gündə iki təyyarə səfəri var idi.

Mən Benettonda komanda rəhbərliyinə gələndə Formula1-in nə olduğunu bilmirdim, amma iki aydan sonra Ferrari-nin testlərinə mühəndislərimi göndərirdim, çünki işim bu idi. Ancaq heç bir avropalı siyasətçi Uxana getmədi. Heç kim maska və nəfəs aparatı ilə məşğul olmadı. Bu isə onu göstəriri ki, iş bacarmazlar tərəfindən idarə edilirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*