F.Briatore: Kanadada ən yaxşı üç pilot podiumda idi

Benetton və Renault komandalarının keçmiş rəhbəri Riformista nəşrində Kanada Qran Prisinin nəticələrinə yekun vurub.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis son yarışın podiumundakı sürücüləri ən yaxşı üçlük adlandırıb.

Flavio Briatore: “Kanadada yenə Maks Ferstappenin üstünlüyünün şahidi olduq. Onun komanda yoldaşı Serxio Peres də eyni boliddə xeyli geri qalırdı ki, bu da sübut edir ki, təkcə avtomobil yox, həm də sürücü ən yaxşı olmalıdır. Üç məşhur çempion podiuma yüksəldi, onlar həqiqətən ən yaxşı və inanılmaz dərəcədə istedadlıdırlar. Qalan hər kəs bir addım geridədir.

Fernando Alonso bütün yarışboyu hücuma keçdi və Ferstappendən cəmi on saniyə geri qaldı ki, bu da Aston Martin-in aşkar irəliləyişindən xəbər verir. Kanada Qran Prisi üçün hazırlanan yeni əşyalar işə yaradı və onlar Mercedes-dən daha sürətli idi. Fernando yarışda Lyuis Həmiltonu qabaqladı və ikinci yeri qorumaq üçün aradakı məsafəyə sona qədər inamla nəzarət etdi”.

Xatırladaq ki, Monrealdakı yarışda Maks növbətə qələbəsini qazanıb, Fernando ikinci, Lyuis isə üçüncü yerdə finiş xəttini keçib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*