F.Briatore: Hamı bizə qarşı idi

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, FİA-nın sabiq prezidenti Maks Mosli 1994-cü ildə Şumaxer və Benettona mane olmaq istəyib.

F-1.az xatırladır ki, Mixael Şumaxer komandası Benettonla 1994-cü il mövsümündə ilk yarışlarda 6 qələbə və bir ikincilik qazanaraq inamla çempionluğa doğru gedirdi.

Flavio Briatore: “O vaxtı Şumaxerə dedim ki, Senna üçqat Dünya Çempionudur və sən debütantsan. Buna görə də Dünya Çempionu titulunu hədəfləmək axmaqlıqdır. Berni Ekklstoun və Maks Mosli heç vaxt Benettonun qələbəsini istəmirdi. Çünki Benetton geyim markası idi. 1994-cü ildə çempionluq uğrunda mübarizə aparmağa başladıq. O qədər güclü idik ki, FİA çempionatı maraqlı etmək üçün bizi 4-5 yarışdan xaric elədi”.

Qeyd edək ki, Şumaxer Silverstoun yarışının qızdırma dövrəsində Deymon Hilli keçdiyi üçün ona 10 sanirə dayan və get cəzası verilmişdi. Bentton cəzanı qəbul etməmiş və etiraz etmişdi. Buna baxmayaraq etiraz rədd edilmiş və Şumaxer cəzanı çəkmişdi. Buna baxmayaraq, Şumi finişə ikinci çatmış, amma yarışdan xaric olunmuşdu. Bundan başqa Şumaxer Belçika və İtaliya yarışlarına da buraxılmamışdı.

Flavio Briatore: “Maks Mosli Formula1-ə çox müdaxilə edirdi. Hazırkı prezident Jan Todt kimi deyildi. Hər şeyə qarışırdı. Özünü yarış direktour kimi aparırdı. Maks çox ağıllı idi. Federasiya üçün yaxşı prezident idi. Bütün komandalarla əlaqə saxlayırdı. 80 faiz nisbətdə yaxşı olsa da, 20 faizlik nisbətdə çox pis idi. Onunla danışmaq çətin idi, çünki o, həmişə haqlı idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*