F-1.az xatırladır ki, italyanlar qış testlərində sürətli görünsələr də, Avstraliyada Mercedes-dən hər dövrə təxminən bir saniyə geri qalıblar.
Əksəriyyət “qırmızlar”ın Bəhreyndə yenidən güclənəcəyini düşünsə də, təcrübəli Briatore bu fikirlə razılaşmır: “Onlar üçün çətin olacaq. Keçən ildən heç nə dəyişməyib. Yeni bolid hazırlamaq üçün qış tətilində 3 ay vaxtları var idi. Amma Mercedes-lə olan fərqi bağlaya bilməyiblər. Mercedes belə güclü olduğu halda, rəqabət Hamilton və Bottas arasında gedəcək. Onları məğlub etmək üçün Ferrari 0.8-0.9 saniyə sürətlənməlidir. Mercedes hegemonluğunu davam etdirəcək.
Düzdür, Albert Park anormal trasdır, amma güclü maşın hər yerdə güclüdür. İlk yarışdan bəhanələr başlayırsa, çətindir. Hər şey yaxşı işləməlidir. Ancaq hazırda sürücülərin yox, təkərlərin çempionatını izləyirik. Texnologiya o qədər inkişaf edib ki, şərhçilər sürücülərdən çox təkərlərdən danışır”.