F-1.az xatırladır ki, Ross Braun və Flavio Briatore 25 il əvvəl Benetton komandasında bir yerdə işləmişdilər.
Liberty Media şirkəti britaniyalı mütəxəssisi Formula1-in idman rəhbəri təyin etdikdən sonra Briatorenin də idmana məsləhətçi kimi qayıtmaq istəyinin olduğu deyilirdi. Amma italiyalı bunu təkzib edib: “Məsləhətçi kimi? Başqası üçün işləmərəm, amma məsləhətçi mənim üçün kiçik sözlərdəndir.
Sürücüləri yenidən diqqət mərkəzinə salmaq üçün FOTA-nı qurdum. Bir neçə gün əvvəl Stefano Domenikalı ilə danışdım. Televiziya izləyicilərinə mühərriklərin aya gedib-gəlməsi maraqlı deyil. Onlar sürücülərin eynigüclü bolidlərdə performanslarını görmək istəyirlər. Formula1 qladiatorların idmanı olan vaxtlarda Braun ilə 6 il işlədim. Deyəsən, DRS-i ləğv etmək istəyir və mən bunu qəbul edirəm. Görək nəyi dəyişdirirlər”.
Amma Briatore əlavə edib ki, Formula1-də parlaq nöqtələr görür və bunlardan biri də Maks Ferstappendir: “2016-cı ilin Braziliya yarışında etdikləri göstərdi ki, güclü bolidə layiqdir. Bu cür şeyləri gənc Sennadan belə görməmişdik”.