F-1.az xatırladır ki, hollandiyalı sürücü 22 yaşı olmasına baxmayaraq, artıq 8 qələbə qazana bilib. Lakin gənc pilot əksər hallarda qalmaqallı çıxışları ilə də diqqət mərkəzinə düşür.
Flavio Briatore: “Maksın Red Bull-da qalması əla oldu. Beləliklə, onu uzun illər ön cərgələrdə görə biləcəyik. Çox sürətlidir və davamlı inkişafdadır. Əksər hallarda hamını kölgədə qoya bilir. Lakin dilinə hakim olmalıdır. Ferrari barədə deyilən hiyləgər sözlərini görməzlikdən gələ bilərdi. Belə danışmaq onun işi deyil və bu, doğru söhbət deyildi”.