F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri testlərdə ilk iki yeri tutmuşdular. İtalyanlar həm sıralanma tempində, həm də yarış tempində Mercedes komandasına yaxın olmuşdular.
Flavio Briatore: “Ferrari-dəki xoşbəxt abu-havaya qoşulmuram. Testlərdən sonra onların sevincini anlayıram, amma oradakı nəticələrə güvənmirəm. İnanmıram ki, Mercedes geridə olsun. Noyabrın sonuna qədər üstün idilər. Almanlar güclərini gizlədirlər. 2017-ci ildə bol mübarizəli çempionluq mübarizəsinə razıyam”.