F-1.az xatırladır ki, italiyalılar son Mühəndislər Kubokunu 2008-ci ildə, son Sürücülər Çempionatını isə 2007-ci ildə qazanıb.
Flavio Briatore: “Ferrari gələn il fərqi qapada biləcək? Hər il növbəti mövsüm barədə danışırıq. Ferrari barədə danışanda ən çox işlədilən gələn mövsümdür”.
Briatore əfsanəvi Mixael Şumaxerin oğlu Mik barədə də danışıb: “Mikin Formula2-də çempion olduğunu görmək gözəldir. Ümid edirəm ki, bir gün Formula1-də də olar. Bu, ailəsi və azarkeşləri üçün əla xəbərdir. Görək Formula1-də nə edəcək”.