F-1.az xatırladır ki, Ferrari sonuncu Montsa yarışında virtual təhlükəsizlik maşını rejiminin başlaması ilə Şarl Lekleri 1 pit-stopdan 2 pit-stopa keçirib. Beləliklə, yarışa pouldan başlayan Lekler sonda əzəli rəqibi Ferstappendən sonra ikinciliyə razılaşıb.
Flavio Briatore: “Məncə, böyük səhv etdilər. Ferrari hər yarışı necə bərbad edir anlamıram”.