F-1.az xatırladır ki, Ferrari mövsümün ikinci yarısına yaxşı başlayıb və ardıcıl üç yarış qazanıb. “Qırmızılar” hazırda lider Mercedes-dən 137 xal geridə qalırlar.
Flavio Briatore: “Dünya Çempionu olacaqlarına inanmıram. Lakin Ferrari qazanmaq üçün əla işlər görür. Lekler çox güclü sürücü olduğunu göstərdi. Sinqapurda da qazana bilərdi. Ancaq Ferrari-nin komanda işinə söz ola bilməz. Çünki Fettelin bu qələbəyə daha çox ehtiyacı var idi”.