F-1.az xatırladır ki, Binotto komandanın başına 2019-cu ilin yanvarında gətirilmişdi. Lakin komanda o gəldikdən sonra hər il geriləməyə başlayıb. Keçən il 3 qələbə qazanan “qırmızılar” bu ilə isə çox pis başlayıb. Ferrari hazırda 5-ci ya da 6-cı sürətli komandadır.
Bütün bunlar bəs deyilmiş kimi, Ştiriya yarışının startında iki Ferrari sürücüsü bir-birinə təmas edərək mübarizəni dayandırıblar.
Flavio Briatore: “Ferrari-də lider yoxdur. Hamısı çox gəncdir və səhv edirlər. Montedzemolo ayrıldıqdan sonra boş-boş işlər gördülər. Məsələn, mən olsam, yeni sürücüləri mövsümün əvvəlində elan etməzdim. Belə olan halda Fettel də ruhdan düşməzdi.
Bolidin vəziyyətini görürsünüz. Həm yağışda, həm də quruda çox zəifdirlər. Mühəndislər kubokunda üçüncü olmaq üçün yarışırlar və bu, pilotların problemi deyil.
Binottonun yerində olsam, bu il inkişafı dayandırardım. Amma 2021-ci il üçün də işləməzdim. 2022-ci ildəki yeni reqlamentə fokuslanardım”.