F.Briatore: “Ferrari-də dəyişiklik lazım idi”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ferrari komandasında dəyişiklik vacibdir.

F-1.az xatırladır ki, Ferrari 2018-ci ildə ən güclü maşını düzəltsə də, həm Fettelin, həm komanda körpüsünün səhvlərinə görə çempionluq əldən gedib.

Buna görə də Ferrari rəhbərliyi radikal addım ataraq komanda rəhbəri Arrivabeneni vəzifəsindən uzaqlaşdırıb. Mauritsionu komandanın texniki direktoru Mattia Binotto əvəz edəcək.

Flavio Briatore: “Bu il Ferrari çempion olmaq üçün hər şeyə sahib olsa da, bacarmadı. Qalib gələ bilməyəndə bəzi şeylər dəyişilməlidir. Maranelloda oturan rəhbərlərin də eyni düşündüyünə ümid edirəm. Binotto texniki direktor kimi əla iş gördü. Keçən il Ferrari-nin çox yaxşı maşını var idi və sürücülər fərqli formada idarə olunsaydı, çempionluq gələ bilərdi. Görək Binotto rəhbər kimi necə işləyəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*