F.Briatore: “Ekklstouna hörmətsizlik etdilər”

Flavio Briatore yaxın dostu və Formula1-in sabiq rəhbəri Berni Ekklstounun şərəfinə Londonda ziyafət verib. Renault komandasının sabiq rəhbəri bildirib ki, Formula1-in yeni rəhbəri olan Liberty Media Ekklstounla yaxşı davranmayıb.

F-1.az xatırladır ki, Liberty Media yanvarda Formula1-i satın aldıqdan sonra Ekklstounu rəhbər vəzifəsindən uzaqlaşdırıb və onun əvəzinə Çeyz Keri, Ross Braun və Şon Bratçesi gətirib.

Briarore isə Liberty Media-nın bu hərəkətindən narazı qalıb və ziyafət təşkil edib. Ziyafətə Monako knyazı II Alber, Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo və Mercedes Motorsport-un rəhbəri Toto Volff çağırılıblar.

Flavio Briatore: “Londonda Berni Ekklstounun Formula1-dəki 40-cı ili şərəfinə ziyafət təşkil etdim. Dəvət etdiyim hamı orda idi və buna görə sevindim. Normal halda, 100 nəfər çağırsanız, 60 nəfər gələr, çünki iş qrafiki gərgin olan və çox uzaqda yaşayan adamlardan danışırıq. Amma Monako knyazı II Alber, Bəhreyn şahzadəsi Salman, Luka di Montedzemolo, Stefano Domenikali, Pyero Ferrari, Devid Kulthard, Maks Mosli, Toto Volff, Niki Lauda – bir sözlə, hamı İngiltərəyə gəlmişdi. Berninin karyerası üçün bir qonaqlıq idi. Formula1-in yeni sahibləri onunla pis davrandılar. İnsanlar onun uğurlarını asanlıqla unudurlar. Bir az məyusedici olsa da, gözəl axşam idi”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*