F.Briatore: Alonsoya getmə dedim

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, 2007-ci ildə Fernando Alonsonu McLAren-ə getməməsi üçün xəbərdar edib.

F-1.az xatırladır ki, Alonso 2005-2006-cı illərdə Renault-da ardıcıl iki dəfə Dünya Çempionu olduğu zaman Flavio Briatore komandanın rəhbəri idi. Ancaq ispaniyalı sürücü 2007-ci ildə McLAren-ə transfer olunmuş və eyni ildə debütant komanda yoldaşı Lyuis Həmiltonla münasibətlər son həddə çatmışdı.

Flavio Briatore: “McLaren-ə gedərkən sevinmirdim. Çünki bu, Şumaxerin Ferrari-yə gedişi kimi deyildi. McLaren Fernandonun xəyalındakı komanda deyildi. Ona açıq-aydın dedim ki, Lyuis Həmilton debütant sürücüləri var və Ron Dennis onun tərəfini tutacaq. Alonso isə dedi ki, mən sürətliyəm. Ancaq Ron Dennis daxil olmaqla heç kim Həmiltonun sürətindən xəbərdar deyildi. Əgər Ron onun sürətindən xəbərdar olsaydı, Alonsoya o qədər maaş verməzdi. Mənim əlimdə bir sürətli sürücü varsa, ikincisini nə edirəm? Bütün münaqişə elə burada başladı.

Bütün hadisələrin günahkarı Ron Dennisdir. Ona kömək etmək lazım deyil. Ona görə hadisələri kənardan izlədim. Sonda nə olacağını bilirdim. Amma qarışmadım. Həmiltona üstünlük veriləndə sonda nə baş verəcəyini bilirdim, çünki Alonsonu tanıyırdım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*