F-1.az xatırladır ki, Alonso 2010-2014-cü illər aralığında Ferrari komandasında yarışmışdı. İspaniyalı sürücü 2010 və 2012-ci illərdə Dünya Çempionu titiulu uğrunda mübarizə aparmışdı. Alonso 2014-cü ildə Ferrari-nin zəifləməsindən sonra komandadan ayrıldı və 2015-ci ildə McLaren komandasına transfer olundu. Təcrübəli sürücü McLaren-dəki ilk mövsümündə xal almaq uğrunda mübarizə apardı.
Alonso ilə yaxın dost olan Flavio Briatore bildirib ki, Alonso Ferrari-ni çox sevir: “Düşünürəm ki, Ferrari onun ən çox sevdiyi komandadır. Ancaq o vaxtı çox adam onun barəsində danışırdı. Alonso artıq bunlara dözə bilmirdi. İdarəçilərin günahı yox idi, amma çoxlu söz-söhbətlər gəzirdi. Yaxşı nəticələr almadığı üçün tənqid edilirdi, amma bolid elə pis vəziyyətdə idi ki, ikinci cərgəni belə tuta bilmirdi. Bundan başqa 2010-cu ilin Abi Dabi yarışında doğru strategiya tətbiq edilsəydi, Dünya Çempionu ola bilərdi”.
Briatore bildirib ki, Alonsonun McLarenə keçməsində onun böyük rolu var: “Keçən dəfə bir jurnalist ondan “Yenə də qalib gələ biləcəksiniz” sualını soruşdu və hamı güldü. Alonso McLaren-ə transfer olanda belə düşündüm ki, Honda rəqabətədavamlı olacaq. Buna görə də onun McLaren-ə keçməyində mənim də günahım var. Ona mən məsləhət verdim. Təbii ki, nəticələrə baxsaq, deiləcək hər hansı bir sözün olmadığını görərik”.