F.Briatore: Alonsonu Aston Martin-ə keçməyə məcbur etdim

2022-ci ildə Fernando Alonsonun Aston Martin ilə müqavilə imzalaması çoxları üçün suallar yaratsa da, builki nəticələr ispaniyalı sürücünün düzgün seçim etdiyini göstərir.

F-1.az bildirir ki, sürücünün menecerliyini edən Flavio Briatore ikiqat dünya çempionuna Silverstoun mərkəzli bir komandaya keçməyi özü təklif edib.

Flavio Briatore: “Fernando yeni komandası Aston Martin ilə birlikdə bu mövsümün əsas sürprizi oldu, çünki keçən il komanda rəqabətədavamlı deyildi. Texnologiyaya qoyulan investisiyalar və yeni baza sayəsində onlar əvvəllər iki komandadan – Red Bull və Mercedes-dən ibarət liderlər qrupuna qoşulublar. Məhz bu səbəblərə görə Fernandonu indi Mühəndislər Kubokunda ikinci olan Aston Martin-ə keçməyə məcbur etdim.

Baxmayaraq ki, tras onların maşınına o qədər də uyğun deyil, Mayamidəki son mərhələdə yaxşı çıxış etdilər, Əgər qeyri-adi heç nə baş verməsə, onda titulun taleyi artıq həll olunub, lakin Monakodakı kimi bəzi traslarda böyük sürprizlər mümkündür.

Red Bull öz liqasında yarışır və Maks Ferstappendə titul qazanmaq üçün lazım olan hər şey var. Onlar güclüdürlər, çünki komanda daxilində iş effektiv qurulub və orada əsl dahi var – Ədrian Nyui”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*