F-1.az bildirir ki, Fransanın Auto Hebdo nəşri Fernandonun artıq Renault ilə müqavilə bağladığına inanır. Keçmiş meneceri Flavio Briatore də onun Formula1-ə qayıtmağa hazır olduğunu iddia edir.
Flavio Briatore: “Fernando çox həvəsli və motivasiyalıdır. Özünə Formula1-dən kənarda bir il dincəlməyə imkan yaratdı. Fasilə verdi, istirahət etdi, xeyli sakitləşdi və geri qayıtmağa hazırdır”.