F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra Alonso onun yerinə ən real namizədlərdən biri sayılırdı.
Amma Briatore bildirib ki, Mercedes ispaniyalı sürücüyə heç bir təklif göndərməyib: “Çıxan xəbərlər sadəcə dedi-qodu idi. Fernandonun McLaren ilə bir müqaviləsi var və buna riayət etməlidir. Alonso bu layihənin içində olduğu üçün xoşbəxtdir. McLaren Honda yeni mövsümə çox yaxşı hazırlaşır və yaxşı nəticələr üçün Fernandoya ehtiyacları var. Ümid edirəm ki, iki tərəf üçün də hər şey yaxşı olar”.