F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümə iki podiumla başlayıb bə yalnız Red Bull-lardan geridə qalıb.
Flavio Briatore: “Alonsonun 41 yaşı olmasına baxmayaraq, 21 yaşlı sürücülərdən sürətlidir. Onun sürətinə şübhə etmirəm. Fernando haqqında “yaşlı və komanda oyunçusu deyil” dedilər, amma bütün bunlar boş söhbətlərdir. Ona yaxşı maşın versəniz, sizə yaxşı nəticələr qazandıracaq. Əgər əlinə fürsət düşsə, bir yarış qazanacaq”.