F-1.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Briatore Alonso və Ferstappen barədə danışıb: “Formula1-i izləmək artıq çətinləşir. Burada bəzi mənasız mövzular müzakirə edilir. Trasda heç kimə köməyi dəyməyən çoxlu qaydalar var. Sürücülərin texnologiyaya yox, tras üzərində yarışmağa ehtitacları var.
Bəzi hallarda sürücülər yox, komandalar cəzalandırılmalıdır. Mühərrik dəyişdirildiyi üçün Alonso və Həmilton niyə cəza almalıdır ki? Bu komandanın günahıdır və cəzanı onlar çəkməlidir.
Komanda rəhbərləri tez-tez toplantılar edirlər. Sonda bir qərar çıxır – növbəti toplantının tarixi. Onlar heç bir mövzuda razılaşa bilmirlər. Onda bu toplantıların məqdədi nədir? Montsa yarışı vaxtı otellərin cəmi 60 faizi dolur. Mənim dövrümdə azarkeşlər Formula1-ə daha çox maraq göstərirdi. Amma artıq heç kəs bu idman üçün heç nə etmək istəmir”.
Flavio Fettel və Alonsonu da müqayisə edib: “Ferrari-də nəsə çatmır. Yarış qazanmaq üçün 80 faizlik potensialları var. Amma qalan20 faizi tapa bilməsələr, işləri çox çətindir. Sebastianın Ferrari-dəki performansına baxsaq görərik ki, Alonso dahi sürücüdür. Onun dövründə bolid çox zəif idi. Amma Alonso fərqini göstərmişdi”.
Briatore Ferstappen barədə də danışıb: “Maks uğurlu sürücülərdən biridir. Çempion olmaq üçün hər şeyə sahibdir. Mənə Şumaxeri və Alonsonu xatırladır. O Formula1 üçün cənnətdən gələn bir hədiyyədir”.