F.Brandl: Həmilton texniki pilot deyil

Mercedes komandasında uzun illər aerodinamika şöbəsində işləmiş Filip Brandl bildirib ki, Lyuis Həmilton texniki pilot deyil.

F-1.az xatırladır ki, britaniyalı pilot 2007-ci ildən Formula1-də yarışır və hər mövsüm ən az bir qələbə əldə edib. Lakin yeddiqat Dünya çempionu builki 7 yarışın sadəcə birində podiuma yüksələ bilib. Həmilton hazırda lider Ferstappendən 75 xal geridə qalır və çempionluq şansları hər yarış tükənir.

Filip Brandl: “Lyuis özünü boliddə yaxşı hiss etməlidir. Belə olan halda maşını istədiyi kimi sürə bilər. Mixale Şumaxer kimi deyil. Texniki bazası yoxdur. Anca qmaşını çox yaxşı hiss edə bilir.

Lakin bunu deyə bilərəm ki, Həmilton keçən il liderdən 32 xal geriyə düşsə də, təslim olmadı və yenidən çempionluq uğrunda mübarizəyə qayıtdı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*