F-1.az xatırladır ki, italiyalı sürücü Portimaodakı yarışa ikinci yerdən başlasa da, ilk dövrədə liderliyə yüksəlib, amma yarışboyu Vinyalesin nəfəsini arxasında hiss edib. Buna baxmayaraq, Pekko rəqibini 0.687 saniyə qabaqlayaraq, yarışda qalib olub.
Françesko Banyaya: “Vinyales ilə fərqi düşünməməyə çalışırdım, çünki mənə yaxınlaşırdı. Ancaq motosikleti son həddə sürmədim, çünki arxa təkərlər əldən gedə bilərdi. Stabil sürüb, bacardıqca fərqi artırmağa çalışdım. Bu da işə yaradı.
15-16 dövrə sonra Maverik fərqi yenə bağlamağa başladı və mən də onun tempinə cavab verirdim. Belə olan halda təkərlərim yeyildi və son iki dövrə sıfıra yaxın idim. Yenə də hər şeyə nəzarət etdim və var qüvvəmi ortaya qoydum”.