F.Banyaya: Tras təhlükəlidir

Son Dünya Çempionu Françesko Banyaya COTA-dakı asfaltdan narazıdır.

F-1.az xatırladır ki, bu ilin yanvar ayında trasın 2, 10, 12 və 16-cı döngələri yenilənib. Lakin bu yenilik sürücülərin xoşuna gəlməyib.

Françesko Banyaya: “Bu trasda 4 asfalt var. Quru havada yaxşı sürə bilərsiniz, amma yağışlı havada çətindir, çünki quru havada belə ön tərəf kilidlənir. Yağışlı havada risklər daha da çoxalır. Bunu anlamalıdırlar, çünki 11 və 12-ci döngələrdə asfalt yox olur.

Bir trasda dörd növ asfalt normal deyil. Keçənilkindən də pisdir, tras sürətli olsa da, təhlükəlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*