F.Banyaya tənqidləri qəbul edir

MotoGP üzrə 2022-ci ilin Dünya Çempionu Françesko Banyaya tənqidləri qəbul edir.

F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün ilk 10 yarışının 4-də yıxılaraq mübarizədən kənarlaşmışdı. Belə olan halda lider Kuartararodan 91 xal geri qalmışdı. Lakin Almaniyadakı qəzadan sonra özünə gələn 25 yaşlı pilot ardıcıl 5 yarış qazanmış və mövsümün son yarışı Valensiyada özünə lazım olan nəticəni qazanaraq, karyerasının ilk MotoGP çempionluğunu əldə etmişdi.

Buna baxmayaraq, Pekko etdiyi səhvlərə görə tənqidlərin hədəfinə çevrilib.

Françesko Banyaya: “Məncə, hamı öz düşüncəsini səsləndirə bilər. Buna görə də başqa sürücülərin fanları məni dəstəkləməyə bilər.

Düz deyirlər. Mövsümə başlayanda özümü göstərməli idim, amma mən bacarmırdım və davamlı səhvlər və qəzalar edirdim. Lakin ilk yarışlarda motorumuz yaxşı işləmirdi və onu təkmilləşdirmək vaxtımızı aldı.

Portimaoda sıralanma turunda bir səhv etdim və az qala körpücük sümüyüm qırılırdı. Sonra Xeresdə gözəl yarışdıq. Davamında Fransasa axmaq səhv etdim. Barselonada bəxtimiz gətirmədi. Almaniyada da səhv etdim. Yarış başlayan kimi Fabionu yaxından izləyirdim, amma sərt deyildim. Bilirdim ki, yarışın ikinci hissəsində sərt təkərlər daha yaxşı işləyəcək.

Bu səhvlərdən sonra tənqidlərin olması labüddür. Onları qəbul edirəm. Hər dəfə özümü təkmilləşdirmək istədikcə səhvlərim olurdu. Amma səhv etməsəniz, böyüyə bilməzsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*