F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün ilk yarışı olan Portuqaliyada qələbə qazansa da, sonrakı iki yarışda yıxılmış və xalsız qalmışdı.
Lakin İspaniyada daha diqqətli olan Pekko yarışda Bred Binderi keçərək, yarışı qazanıb və çempionatda liderliyə yüksəlib. O, yarışdan sonra motosikletindəki 1 nömrəni göstərib.
Françesko Banyaya: “Sözün düzü, 1 nömrəni özümə görə göstərdim. Öz eqom üçün, çünki kənarda oturub birini tənqid etmək həmişə asandır, amma daxildə nə yaşanır bilmirlər. Məncə, bu qələbə ilə COTA-da baş verənlərə də cavab verdim. Çox xoşbəxtəm”.