F.Banyaya: Təkərlərim yeyilməmişdi

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, yıxılmasının səbəbi təkər yeyilməsi deyil.

F-1.az xatırladır ki, italiyalı sürücü Argentinada ikinci getdiyi yarışda yıxılaraq 16-cı pilləyə geriləyib.

Françesko Banyaya: “Tempim düşməmişdi, çünki startdan bəri təkərləri qoruyurdum. Önümdə Aleks təkərlərə daha çox yüklənirdi.

Motosikletim yaxşı sürətlənirdi və ön tərəf yaxşı vəziyyətdə idi. Əylənmə zonasında sona qədər limitdə idim. Hər şey nəzarətimdə idi. Anlamıram nə oldu. Bəlkə də limitdə sürdüyüm üçün oldu. Yenə də qəzanın səbəbi mənim səhvimdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*