F-1.az xatırladır ki, İtaliyalı sürücü bu gün mövsümün son yarışı Valensiyaya 8-ci yerdən başlayacaq. O, hazırda çempionatda liderdir və ən yaxın izləyicisi olan Kuartararonu 23 xal qabaqlayır. Yəni ki, Pekko ləqəbli sürücünün çempion olması üçün 14-cü yeri tutması kifayət edəcək.
Françesko Banyaya: “Yarışda stressli olmayacam və mübarizəyə köklənəcəm. Malayziyada da vəziyyət eyni idi. Çətin həftəsonu olsa da, diqqətimi yarışa yönləndirmişdim. Buna görə də yarış daha yaxşı keçə bilər.
Bütün Ducati sürücüləri motorun ön tərəfindən narazı idi. Ön tərəi az hiss edəndə daha sərt əylənə bilirsiniz. Bu hal mənə ömək etmədi. Yeni təkərlərlə sürmək lap çətindir. İşlənmiş təkərlərdə isə daha güclüyük.
Komandama güvənirəm. Yarışda əsas məqsədim qələbə qazanmaq deyil. Bəladan uzaq durmağa və startda mübarizə aparmamağa çalışacam”.