F-1.az xatırladır ki, Ducati 2003-cü ildə MotoGP-yə gəlmiş və 2007-ci ildə Keysi Stounerlə çempion olmuşdu. Lakin bundan sonra “qırmızılar” uzun illər çöküş dövrü yaşadı və yarış qələbəsi belə qazana bilmədiyi mövsümlər oldu. 2016-cı ildə Andrea İannone ilə qələbə həsrətinə son qoyan italyanlar, 2017, 2018 və 2021-ci ildə titul uğrunda mübarizə aparsalar da, məğlub oldular.
Ducati nəhayət keçən il Françesko Banyaya ilə çempion olmağı bacardı.
Françesko Banyaya: “Keysinin yanında öz adımı görmək mənim üçün çox çətindir. Balaca olanda ideallarınızı gördüyünüzdə, onların əlçatmaz olduğunu düşünürsünüz. Bu bir az mən balaca olanda məktəbdəki böyük sinifləri nümunə götürməyim kimidir. Son sinifə keçəndə özümü əvvəlkindən fərqli hiss edirdim.
Keysi kimi Ducati-də çempion olduğumu və ona aid olan ardıcıl qələbə rekordunu qırdığımı bilirəm. Amma özümü onunkimi güclü görmürəm. Uşaqlığımdan Ducati fanatıyam və adımın komanda ilə bir çəkilməsini istəyirəm. Bu istəyim Markesin Honda ilə, Rossinin Yamaha ilə adlarının çəkilməsinə bənzəyir”.