F-1.az xatırladır ki, italiyalı sürücü bu il Dünya Çempionu olaraq Ducati-yə 15 ildən sonra titul gətirib. Buna görə də o 1 nömrəni götürə bilər.
Qeyd edək ki, sonuncu dəfə 1 nömrə ilə 2012-ci ildə Keysi Stoner yarışmışdı. Hazırda 63 nömrə ilə mübarizə aparan Banyaya isə 1 nömrəni götürməkdə qərarsızdır.
Françesko Banyaya: “Belə problemim olduğu üçün xoşbəxtəm. Ancaq səmimi deyirəm. Bunu düşünməliyəm. 1 nömrə ilə yarışmaq üzərimdəki təzyiqi artıra bilər. Çünki o npmrə ilə yarışan sürücülərə həmişə heyran olmuşam. Seçim etmək çətin olacaq”.