F-1.az xatırladır ki, italiyalı sürücü bu gün Fransada son anda altıqat Dünya Çempionu Mark Markesi qabaqlayaraq, poulu əldə edib. Beləliklə, o bugünkü sprintə və sabahkı əsas yarışa birinci yerdən başlayacaq.
Françesko Banyaya: “Birinci yer mənim üçün vacibdir, çünki asan başa gəlmədi. Dünən çoxlu problemlər yaşadıq. Həftəsonuna elə də yaxşı start verməmişdik. Bir az çətinlik çəkdim. Bu gün də problemlər var idi. Üçüncü sərbəst yürüşlərdə tempimiz yaxşı idi. Yəni sonda yaxşıyıq və rəqabətədavamlıyıq. Bu gün poul qazanmaq çox vacib idi və buna görə sevinirəm”.
Qeyd edək ki, Pekko bu mövsüm iki qələbə qazanıb və hazırda çempionatda liderdir.