F.Banyaya: Özümü isbatlamağa ehtiyac yoxdur

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, çətin hava şəraitində özünü isbatlamağa ehtiyacı yoxdur.

F-1.az xatırladır ki, italiyalı sürücü Silverstoundakı yarışın böyük hissəsində liderlik etsə də, son dövrələrdə yağışın yağması ilə Aleş Esparqaronun hücumlarına tab gətirə bilməyib və son dövrədə rəqibinə keçilərək, ikinciliyə razı olub.

Françesko Banyaya: “Həftəsonunun ən çətin hissəsi yarışdır, çünki xallar burada paylanılır. Özümü heç kimə isbatlamaq məcburiyyətində deyiləm, çünki komanda mənim potensialıma bələddir.

Buna görə də yaxşı işləməyə, yarışa mükəmməl formada hazırlaşmağa və yarışlarda sürpriz yaşamamağa fokuslanıram. Bu keçən ilə nisbətən dəyişən haldır. Yarışda özümüzü daha yaxşı hiss etmək üçün sərbəst yürüşlərdə yaxşı işləyirik.

Bəzi sərbəst yürüşlərdə geridə olduğumu görə bilirsiniz. Amma orada əksər hallarda işlənmiş təkərlərlə sürürəm, çünki belə olan halda yarışa yaxşı hazırlaşıram. Belə olan halda yarışda özümü daha yaxşı göstərirəm.

Şənbə günü bütün gün yağış yağmışdı. Buna görə də quru havada işləmədən yarışa başlamaq asan deyildi. Amma buna görə yarışda limitdə sürmək üçün motivasiyalı idim. Məncə, işinizə köklənsəniz, hər şeylə mübarizə apara bilərsiniz.

Yarışda limitdə sürürdüm və qazanmağa çalışırdım. Əgər ikinci yerə sevinsəm, karyeramı bitirərəm. Nəticədən razıya, çünki sprint yarışında çox xal itirmişdik. Bütün hava şəraitində potensialımız belə olmalıdır.

Bu həftəsonundan razıyam. Startda çətinlik çəkdim, amma trasın şəraitinə görə öndə Soft təkərləri seçdim. Lakin bəlkə də, bu yaxşı seçim deyikdi. Daha sonra yağış başlayanda qorxdum. 15-ci döngədə, son sektorda təkərləri və motosikleti anlaya bilmirdim.

Aleşin mənə yaxın olduğunu hiss edirdim. Onun bu trasdakı üstünlüyünü və sürətlənməsini nəzərə alanda son dövrədə hücum edəcəyini anlamışdım. Onun hücumuna hazırlanmağa və qarşılıq verməyə çalışsam da, bəz eləmədi. Aleş Britaniyada qələbəyə layiq idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*