F-1.az xatırladır ki, italiyalı sürücü pouldan başladığı sprint yarışında qalib gələrək, lider Bezzekki ilə xal fərqini minimuma endirib.
Françesko Banyaya: “Bütün gün ərzində göstərdiyim performansa nəzər salsaq, deyə bilərəm ki, MotoGP-dəki ən yaxşı günlərimdən birini keçirirəm. Motosikletdə özümü daha yaxşı hiss edirəm. Səhər işlənmiş təkərlərlə yaxşı gedirdim və harada təkmilləşməli olduğumu anlamışdım.
Sprint yarışı çox çətin keçdi, çünki hava isti didi və motosikleti saxlamaqda çətinlik çəkdim. Əyləcələri çox kilidləyirdim və bu yarışın əvvəlində problem idi. Daha sonra adaptasiya oldum. Bugünkü əsas yarış tamamilə fərqli olacaq”.