F.Banyaya: Maverikə əsəbi deyiləm

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, Maverik Vinyalesə əsəbi deyil.

F-1.az xatırladır ki, iki sürücü Fransa yarışının beşinci dövrəsində təmas yaşayıblar və mübarizəni dayandırıblar. Üçüncü yer uğrunda mübarizədə Vinyales rəqibini geridə qoyub. Lakin Banyaya əks hücima keçərkən ispaniyalı sürücü motosikletinin arxasını itirib və hər iki sürücü də bir-birlərilə təmas yaşayaraq, yarışı vaxtından əvvəl bitiriblər. Stüardlar hadisəni araşdırdıqdan sonra hər iki sürücüyə də cəza verməyiblər.

Françesko Banyaya: “Maverikə əsəbi deyiləm. Çınqıllıqdakı reaksiyası xoşuma gəlmədi, çünki çox aqressiv idi. Ancaq o adrenalinlə bunlar baş verə bilər. Bir sürücü sizə çırpılanda ya da siz bir sürücüyə çırpılıb qəzaya səbəb olanda özünüzün və rəqibinizin yarışı məhv olduğu üçün əsəbləşmək normaldır. Buna görə də ona qəzəbli deyiləm. Bəxtimiz gətirmədi. Yarış qəzası idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*