F.Banyaya: Komandaya güvənirəm

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, keçən il etdiyi səhvlərdən dərs çıxarıb.

F-1.az xatırladır ki, Ducati 2021-ci ildə güclü motosikletə sahib olsa da, 2022-ci ilə də yeniliklərlə gəlmiş və ilk yarışlarda həm Banyaya, həm də Miller səhvlər etmişdilər. Lakin komanda daha sonra motosikletdəki problemləri həll etmiş və Banyaya ardıcıl qələbələr qazanaraq, Kuartararo ilə 91 xallıq fərqi əritmiş və çempion olmuşdu.

Françesko Banyaya: “Ciciyə və komandadakı mühəndislərə güvənirəm. Əgər bir şey etmək istəsək, bacaracağıq. Keçən il çox çətin idi. 2021-ci ildəki güclü motosikletdən daha zəifinə keçmişdik.

Qətər yarışında komandadan xahiş etdim ki, 2021-ci ildəki konseptə qayıdaq. Ondan sonra hər şey yaxşı işlədi. Fərqli idi, çünki eyni motosikletlə ikinci mövsümü keçirirdik. 2022-ci il motosikletini təkmilləşdirmək üçün vaxt lazım idi.

Bu il inqilab ili deyil. Keçənilki motosikeltimizi bir az təkmilləşdirdik. Valensiyadan sonra özümə inanıram. Motosikletdə özümü 2022-ci ilə nisbətən yaxşı hiss etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*