F.Banyaya: Hələ də anlamıram

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, Argentinadakı qəzanın səbəbini hələ də anlamayıb.

F-1.az xatırladır ki, italiyalı sürücü Argentina yarışında ikinci yerdə gedərkən yıxılmış və 16-cı pilləyə geriləmişdi. Bununla da o, çempionatdakı liderliyini də itirmişdi.

Françesko Banyaya: “Sadəcə yaş asfaltın quru asfaltdan daha sürüşkən olduğunu öyrəndim, çünki hələ də qəzanın səbəbini anlamağa çalışıram. Heç bir səbən yox idi. Bunu açıqlamaq çox çətindir. Artıq ABŞ yarışını düşünməliyik. Argentina geridə qaldı.

Hələ çempionluq barədə düşünüb risk almaq doğru deyil. Argentinada ikinci yer idim və yağışda ilk dəfə belə güclü sürürdüm. Orada idim və sakit olmağa çalışırdım. Heç nə gözləmirdim. Risk almadan Aleks Markeslə fərqi açmağa çalışırdım. Ancaq yıxıldım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*