F-1.az xatırladır ki, italiyalı sürücü yarışa 8-ci yerdən başlasa da, startda 6-cı yerə yüksəlib. O, daha sonra çempionatdakı əsas rəqibi Kuartararoya hücum edərkən ön qanadını zədələyib. Bundan sonra Pekkonun yarışı çətin keçib və rəqibləri onu keçməyə başlayıb. Françesko yekunda 9-cu olub və titulu təmin edib.
2022-ci ilin Dünya Çempionu Françesko Banyaya: “Çox xoşbəxtəm. Finiş xəttini keçəndən sonra mövsümün ən pis yarışını bitirdiyim üçün sevincli idim. Sadəcə Dünya ÇEmpionu olduğumu yazdıqları pit lövhəsini gördüm. Ondan sonra rahatlandım. O an nə hiss etdiyimi sözlərlə ifadə edə bilmərəm. Yarış çətin keçdi, çünki Fabio ilə olan mübarizədən sonra ön qanadımı itirdim. Ondan sonra yarış kabusa döndü.
Hər dövrə geriləyirdim. Müdafiə trayektoriyasında qalmağa çalışdım, amma çox çətin idi. Yarışı bitirmək çətin olsa da, gördüyüm işə görə özümlə və komandamka fəxr edirəm. İnanılmaz mövsüm idi”.