F.Banyaya bir saatlıq ümidini itirib

MotoGP üzrə yeni Dünya Çempionu Françesko Banyaya bildirib ki, Almaniya yarışından sonra bir saatlıq da olsa, çempionluq ümidini itirib.

F-1.az xatırladır ki, italiyalı sürücü Almaniya yarışında qəza edərək mübarizəni dayandırmış və lider Kuartararonun 91 xal gerisinə düşmüşdü. Buna baxmayaraq, Pekko sonrakı yarışlarda ardıcıl qələbələr qazanaraq, son yarış olan Valensiyaya Kuartararodan 23 xal öndə başlayıb. Yarışı 9-cu yerdə bitirən Banyaya MotoGP üzrə 2022-ci ilin Dünya ÇEmpionu titulunu qazanıb.

Françesko Banyaya: “Çempionluq ümidimi sadəcə bir dəfə itirdim. O da Almaniya yarışında yıxılandan sonra 1 saat ərzində… O yarışdan sonra gördüm ki, hələ də titul qazanmaq şansım var. Ondan sonra gördüyümüz iş inanılmaz idi və mövsümün ikinci yarısında əla performans göstərdik. Bazaya gedib, səhv etdiyim sahələr üzərində təhlillər aparmağa başladıq. Daha sonra hər şey yaxşılığa doğru getdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*