F.Banyaya: Artıq stabilik

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, artıq daha stabildirlər.

F-1.az xatırladır ki, italiyalı sürücü Assendəki yarışa ikinci yerdən başlasa da, qalib gələ bilib və mövsümdəki 4-cü qələbəsini əldə edib. 25 yaşlı sürücü hazırda ən yaxın rəqibi Xorxe Martindən 35 xal qabaqdadır.

Françesko Banyaya yarışdan sonra istidən şikayət edib və Medium arxa təkər seçiminin önəmindən danışıb: “Yarışdan əvvəl qızdırma dövrəsində vacib dəyişiklik etdik, çünki builki motosikletdə 2022-ci ilə nisbətən fərqli sazlanmalar seçməli olduğumuzu anladıq. Yarışdan əvvəl həll yolu tapdıq və bu dəyişiklikdən sonra həm sürətləndim, həm rahatlandım.

Hava şəraiti çox çətin idi. Xüsusən də təkərlər üçün… Çox sürüşürdük və deyəsən keçənilki yarışdan 1 saniyə yavaş idik. Heç kim Assendə belə isti hava gözləmirdi. Hətta Michelin ön tərəf üçün bir Soft təkər gətirdi. Bu təkər yaxşı işləsə də, tez yeyilirdi.

Hamı isti havaya görə asfaltla ilişmə problemi yaşadı. Temp aşağı idi. Yenə də Assen mənim sevimli trasım və yarışımdır. Uzun, nəzarətdə saxlanmalı bir yarışdır. Bundan başqa qəlbimdə də yeri ayrıdır.

Son dövrlərdə stabillik cəhətdən inkişaf etmişik. Belə davam etməliyik, çünki bu çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*